Qazaxıstanda seçkiləri izləyəcək TÜRKPA missiyasına Nizami Cəfərov rəhbərlik edəcək

Qazaxıstanda seçkiləri izləyəcək TÜRKPA missiyasına Nizami Cəfərov rəhbərlik edəcək
# 02 mart 2016 14:41 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. TürkPA beynəlxalq müşahidəçilər missiyası martın 20-də Qazaxıstanda keçiriləcək növbədənkənar parlament seçkilərinin qısamüddətli monitorinqını aparacaq.

Bu barədə APA-ya TÜRKPA-nın hüquqi məsələlər və mətbuat xidmətinin rəhbəri Anar Rəhimov məlumat verib.

Azərbaycan Milli Məclisinin üzvü Nizami Cəfərovun rəhbərlik etdiyi missiyaya Qırğızıstan və Türkiyə parlamentarları, TürkPA baş katibi də daxildir.

Missiyanın üzvləri seçkilərdən əvvəl Qazaxıstan Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasının rəsmiləri ilə görüşlər keçirəcək. Eyni zamanda, müşahidəçilərin seçkilərdə iştirak edəcək siyasi partiyaların nümayəndələri ilə görüşü nəzərdə tutulub. Seçki günü isə müşahidəçilər paytaxt Astananın mərkəzi rayonlarında seçki məntəqələri ziyarət edəcəklər.

Seçkilərdən sonra TürkPA missiyası mətbuat konfransı keçirəcək və seçkilərin nəticələrinə dair yekun rəyini təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR