Deputatlığa namizədlərin 38 faizə qədəri namizədliyini geri götürüb

Deputatlığa namizədlərin 38 faizə qədəri namizədliyini geri götürüb
# 19 oktyabr 2015 09:16 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu günə qədər Milli Məclisə noyabrın 1-də təyin edilmiş seçkilərlə əlaqədar deputatlığa namizədliyi qeydə alınanların 38 faizə qədəri öz namizədliyini geri götürüb.

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) son rəsmi məlumatında 1246 nəfərin deputatlığa namizədliyinin qeydə alındığı əksini tapmışdı.

Hazırda isə MSK-nın rəsmi saytında dairələr üzrə ümumilikdə 772 deputatlığa namizədin adı qeyd edilib. Beləliklə, bu günə qədər 474 nəfər deputatlığa namizədliyini geri götürüb və onların adları MSK-nın rəsmi saytından çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR