ABŞ vitse-prezidenti Latviyaya səfər edəcək

ABŞ vitse-prezidenti Latviyaya səfər edəcək
# 23 avqust 2016 01:22 (UTC +04:00)

Bakı-APA. ABŞ vitse-prezidenti Co Bayden avqustun 23-də Latviyaya işgüzar səfər edəcək.

APA-nın “Baltnyus” agentliyinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində C.Bayden Latviya prezidenti Raymond Veyonis və baş nazir Maris Kuçinskis ilə görüşəcək.

Danışıqlar zamanı NATO-nun Varşava sammitində qəbul olunan qərarlar, ABŞ-Latviya iqtisadi əlaqələri, enerji, investisiya mühiti və digər əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Daha sonra Co Bayden Türkiyə və İsveçə işgüzar səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR