Ağdamda ermənilərin məhv edilən pilotsuz uçan aparatının xüsusiyyətləri açıqlanıb

Ağdamda ermənilərin məhv edilən pilotsuz uçan aparatının xüsusiyyətləri açıqlanıb
# 15 sentyabr 2015 17:03 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Müdafiə Nazirliyi bu gün Ağdam rayonu istiqamətində vurulan kəşfiyyat pilotsuz uçan aparatının taktiki-texniki xüsusiyyətlərini açıqlayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat X-55 tipinə aiddir.

X-55 PUA-ın qanadların açılışı 3030 mm, uzunluğu 2100 mm, kreyser sürəti 85-115 km/saat, maksimal uçuş sürəti 180 km/saatdır. Aparat havada elektrik mühərriki ilə 1.5 saat, benzin variantında isə 8 saatadək qala bilər.

Həmçinin bildirilir ki, X-55 PUA-nın maksimal uçuş məsafəsi 130 km, maksimal uçuş hündürlüyü 2000 m, maksimal tətbiqetmə uzaqlığı 85 km-dək, qalxma üsulu katapult, enmə üsulu isə paraşütdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR