Nəqliyyat sektorunda yükdaşıma qiymətləri sabitləşib

Nəqliyyat sektorunda yükdaşıma qiymətləri sabitləşib
# 14 dekabr 2015 09:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin noyabr ayında Azərbaycanda boru kəməri nəqliyyatı ilə neftin nəql olunması qiyməti 0,2% azalıb, qazın nəql olunması qiyməti isə 0,1% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, dəmir yolu və dəniz nəqliyyatı üzrə yükdaşıma qiymətləri müvafiq olaraq 0,1% və 1,4% artıb, hava və avtomobil nəqliyyatı sahələrində yükdaşıma qiymətlərində isə dəyişiklik müşahidə olunmayıb.

Ümumilikdə nəqliyyat sektorunda yükdaşıma qiymətləri əvvəlki ayla müqayisədə sabit qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR