"Nabat" bədii filmi Avrasiya Beynəlxalq Film Festivalında iki mükafata layiq görülüb

"Nabat" bədii filmi Avrasiya Beynəlxalq Film Festivalında iki mükafata layiq görülüb
# 28 sentyabr 2015 11:33 (UTC +04:00)

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, Almatıda keçirilən festivala qatılan rejissor Elçin Musaoğlu təltifetmə mərasimində iştirak edib.

2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR