Bakıda kütləvi zəhərlənmə baş verib, 15 nəfər xəstəxanaya yerləşdirilib

Bakıda kütləvi zəhərlənmə baş verib, 15 nəfər xəstəxanaya yerləşdirilib
# 22 oktyabr 2015 17:04 (UTC +04:00)

Hadisə oktyabrın 21-i axşam saatlarında, paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

APA-nın Lent.az-a istinadən verdiyi xəbərə görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, 15 nəfər xəstəxanaya yerləşdirilib.

Onlara profilaktik yardım göstərilib, həyatları üçün heç bir təhlükə yoxdur. Xəstələrə lokal qida pozuntusu diaqnozu qoyulub. Hadisəyə həmin əraziyə verilən suyun çirkli olması səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR