İyulda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 124,8 min nəfərdən çox olub.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən APA-ya verilən məlumata görə, onlardan 97,2 min nəfərdən çoxu yaşa görə, 14,7 min nəfərdən çoxu əlilliyə görə, 12,8 min nəfərdən çoxu isə ailə başçısını itirməyə görə əmək pensiyası alır.