Gəncədə təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, xəsarət alanlar var - YENİLƏNİB

Gəncədə təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, xəsarət alanlar var - <span style="color: red;">YENİLƏNİB
# 22 iyul 2018 21:10 (UTC +04:00)

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində baş verib. Hərəkətdə olan “VAZ 21015” ilə “QAZel” markalı təcili tibbi yardım avtomobilinin toqquşması nəticəsində 2 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar 1984-cü il təvəllüdlü Əliyev Elnur Vaqif oğlu və 1989-cu il təvəllüdlü Əhmədzadə Əhməd Elman oğlu xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR