Trampdan Rusiya ilə danışıqların məzmununun açılması tələb olunub

Trampdan Rusiya ilə danışıqların məzmununun açılması tələb olunub
# 05 mart 2019 08:15 (UTC +04:00)

Demokratlar Tramp-Putin danışıqlarına maneə törətməyi hədəfləyir.

ONA-nın ABŞ bürosunun məlumatına görə, Konqresdəki Demokratlar bazar ertəsi günü gözlənilmədən prezident Trampın rusiyalı həmkarı Vladimr Putinlə danışıqları ilə bağlı bir sıra tələblər irəli sürüblər.

Nümayəndələr Palatasının Kəşfiyyat, Xarici İşlər və Nəzarət Komitələrinin rəhbərləri ağ evə və Dövlət Katibi Maykl Pompeyə göndərdiyi rəsmi məktubunda Trampın Putinlə söhbətləri barədə sənədləri və danışığın yazısını göndərilməsi istənilib.

Qanunverici qurumum nümayəndələri danışıqların təfərrüatlarının açıqlamaması və bəzi məlumatlarn gizlədilməsi ilə bağlı mətbuatda yayılan məlumatlardan narahatlıqlarını ifadə edirlər.

«Əgər yayılan məlumatlar, xüsusilə də Rusiya ilə ABŞ seçkilərinə qeyri-adekvat təsir kampaniyası ilə bağlı tədbirlərin görülməsi iddiası doğrudursa bu, dövlət təhlükəsizliyi, xarici siyasət sahəsində dərin narahatlıq doğurur», - deyə Аdam Şif, Eliot Engel və Elayca Kaminqsin ünvanladığı məktubda qeyd olunur.

Ağ ev isə tələbləri rədd edir. Rəsmi nümayəndə prezidentin konstitusiya səlahiyyətləri çərçivəsində xarici dövlət başçıları ilə təkbətək, açıq danışıq hüququ olduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR