Saatlıda ev yanıb

Saatlıda ev yanıb
# 13 mart 2017 04:54 (UTC +04:00)

Saatlıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Saatlı rayonu, Mollavazlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR