Baş nazirin müavini Əli Həsənov Tərtərə səfər edib

Baş nazirin müavini Əli Həsənov Tərtərə səfər edib
# 23 avqust 2017 11:36 (UTC +04:00)

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Tərtərə səfər edib.

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, Ə. Həsənov Tərtər rayonu ərazisində məcburi köçkünlər üçün yeni salınan düşərgədə gedən tikinti işləri ilə tanış olub. O, tikinti şirkətlərinin rəhbərlərinə bəzi tövsiyələr verib.


Ə. Həsənov rayonun Şıxarx qəsəbəsində bərpa olunan Marağa abidəsinin bərpası ilə də tanış olub. Komitə sədri bildirib ki, abidənin bərpası ilə yanaşı, bəzi tarixi faktlar da toplanaraq həmin faktlar əsasında ermənilərin bu torpaqlara köç etdiyi sübuta yetiriləcək.


Ə. Həsənov məcburi köçkün ailələri ilə də bir araya gələrək mənzil şəraiti pis olan ailələrin qeydiyyata alınması tapşırığını verib.

Qeyd edək ki, 1170 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Tərtərdə 4 mərtəbəli 34 bina inşa olunub. Şəhərcikdə 1200 şagird yerlik orta məktəb binası, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, klub-icma mərkəzi, həkim məntəqəsi və inzibati bina da var.

Ə. Həsənovu Tərtər, Ağdam və Laçın rayon İH başçıları müşayiət edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR