Koreya gəmiqayırma şirkətlərinin nümayəndələrinin Azərbaycana gələcəklər

Koreya gəmiqayırma şirkətlərinin nümayəndələrinin Azərbaycana gələcəklər
# 11 sentyabr 2017 09:54 (UTC +04:00)

"Bu günlərdə Koreya gəmiqayırma şirkətlərinin nümayəndələrinin Azərbaycana səfəri gözlənilir".

APA-nın xəbərinə görə, bunu Koreya səfirinin müavini Kvon Donq-sok deyib. Səfir müavini bildirib ki, gəmiçiliyin inkişafı ilə bağlı Azərbaycanda gəmiqayırma işlərinə və təmirinə tələblər artacaq: "Bildiyiniz kimi, Koreya dünyanın ən yaxşı gəmi istehsalçısıdır. Biz təcrübəmizi Azərbaycanla bölüşsək, Azərbaycan bu sahədə dünyanın lider dövlətlər siyahısına daxil ola bilər".

Onun sözlərinə görə, 2017-ci ilin birinci yarısında Azərbaycan və Koreya arasında ümumi ticarət dövriyyəsi 23,77 milyon dollar təşkil edib: “Həmin müddətdə Azərbaycandan Koreyaya 146130 min dollar dəyərində mal ixrac olunub. Koreyadan isə Azərbaycana 23622 milyon dollar dəyərində məhsul idxal edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR