Çempionlar Liqası: “Qarabağ” – “Rudar” - 0:0

Çempionlar Liqası: “Qarabağ” – “Rudar” - 0:0
# 15 iyul 2015 21:04 (UTC +04:00)

Bakı-APA. Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda mübarizəyə başlayıb.

Qurban Qurbanovun yetirmələri qitənin ən nüfuzlu klub turnirinə Monteneqronun “Rudar” klubu ilə görüşlə qatılıb. Ardıcıl 2-ci dəfə Çempionlar Liqasında çıxış edən “Qarabağ” mövsümə ev oyunu ilə start verib.

Ötən mövsüm Avropa Liqasının qrupunda çıxış edən çempionumuz qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə doğru ilk addımını Bakıda atıb.

Ancaq gözlənilənlərin əksinə olaraq ağdamlılar öz meydanında sərfəli nəticə qazana bilməyiblər. Təmsilçimizin bütün cəhdlərinə baxmayaraq hesabı açmaq mümkün olmayıb.

Matç qolsuz bərabərliklə başa çatıb.

Çempionlar Liqası

II təsnifat mərhələsi

İlk oyun

“Qarabağ” (Ağdam, Azərbaycan) – “Rudar” (Plyevija, Monteneqro) - 0:0

Baş hakim: Sebastyan Koltesku, Radu Ginquleak, Mirça Qriqoriu, Katalin Qaman (hamısı Rumıniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR