“Şah Dəniz II” yatağından hasil olunacaq qazın Avropaya nəqlindən əldə olunacaq gəlirin həcmi açıqlanıb

“Şah Dəniz II” yatağından hasil olunacaq qazın Avropaya nəqlindən əldə olunacaq gəlirin həcmi açıqlanıb
# 02 iyun 2015 08:22 (UTC +04:00)

Bakı - APA-Economics. “Prezident İlham Əliyev də dediyi kimi, “Şah Dəniz II” dünyanın ən böyük enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və diversifikasiyasına fokuslanıb”.

APA-Economics” xəbər verir ki, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.

Nazir qeyd edib ki, “Şah Dəniz II” Avropa və Azərbaycanın enerji coğrafiyasında çox böyük dəyişikliklərə səbəb olacaq.

“İlkin hesablamalara görə, Azərbaycan “Şah Dəniz II” yatağından hasil olunacaq qazın Avropaya nəqlindən 200 mlrd. dollar gəlir əldə edəcək”, - deyə Ş. Mustafayev bildirib.

Nazirin sözlərinə görə, əldə olunacaq gəlir Azərbaycanın qeyri-neft sektoruna yatırılan investisiyaların həcminin artımına səbəb olacaq ki, bu da ümumilikdə ölkənin inkişafına böyük töhfə verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR