Məşhur Hollivud aktyoru vəfat edib

Məşhur Hollivud aktyoru vəfat edib
# 16 sentyabr 2017 00:48 (UTC +04:00)

Məşhur amerikalı aktyor Harri Din Stenton 92 yaşında vəfat edib.

APA-nın məlumatına görə, bu barədə TMZ portalı xəbər verib. Onun Los-Anceles klinikalarının birində vəfat etdiyi bildirilir. Ölümün səbəbləri, hələlik, açıqlanmır.

Harri Din Stenton müxtəlif illərdə "Xaç atası", “İsa Məsihin son tamahı”, “Paris,Texas”, “Özgə” kimi populyar filmlərdə çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR