Teleqüllə yaxınlığında Seysmoloji Mərkəzin cihazları quraşdırılıb, monitorinq aparılır

Teleqüllə yaxınlığında Seysmoloji Mərkəzin cihazları quraşdırılıb, monitorinq aparılır
# 23 yanvar 2018 09:16 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları Bakı Televiziya Qülləsi yaxınlığındakı sürüşmə sahəsində monitorinq aparır.

APA-nın xəbərinə görə, sürüşmə sahəsində Mərkəzin seysmoloji və geofiziki cihazları da quraşdırılıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı faktı təsdiqləyib.

Onun sözlərinə görə, monitorinqin nəticələri ərazidə aparılan tədqiqat işləri yekunlaşdırılandan sonra hesabat şəklində təqdim olunacaq.

Qeyd edək ki, “Teleqüllə” sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub – şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1 metr enində çatlar yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR