Yeni Zelandiyada yaşayan azərbaycanlı parlament seçkilərinə qatılacaq

Yeni Zelandiyada yaşayan azərbaycanlı parlament seçkilərinə qatılacaq
# 08 sentyabr 2017 12:23 (UTC +04:00)

Yeni Zelandiyada yaşayan soydaşımız Tofiq Məmmədov sentyabrın 23-də bu ölkədə keçiriləcək parlament seçkilərinə qatılacaq.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, T. Məmmədovun namizədliyini Yeni Zelandiyanın Leyboristlər Partiyası irəli sürüb.

22 ildir Yeni Zelandiyada yaşayan T. Məmmədov 1978-ci ildə Bakıda doğulub, 18 saylı orta məktəbdə, daha sonra isə Yeni Zelandiyanın Okland şəhərində yerləşən Mount Roskill beynəlxalq məktəbində orta təhsil alıb, Açıq Politexnik İnstitutunun məzunudur. 1995-ci ildən Okland şəhərində yaşayan soydaşımız bu ölkənin vətəndaşıdır. Hazırda Daşınmaz Əmlak Şirkətlər Qrupunun sahibi olan həmyerlimiz siyasi fəaliyyətə 1999-cu ildən Leyboristlər Partiyasının üzvü kimi başlayıb.

T. Məmmədov 2014-cü ildə keçirilmiş parlament seçkilərində də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR