Myanmarda buddistlər hökumət binasına hücum edib, ölənlər var

Myanmarda buddistlər hökumət binasına hücum edib, ölənlər var
# 17 yanvar 2018 06:53 (UTC +04:00)

Myanmarın qəribində yerləşən Rakhine əyalətində polis və buddistlər arasında baş verən toqquşma zamanı 7 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə “France Presse” agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, ötən gecə polislər hökumət binasını ələ keçirməyə çalışan buddistlərə atəş açıb. Etirazçılar xəbərdarlıqlara məhəl qoymayıblar. Hadisə nəticəsində 33 nəfər yaralanıb.

Xəsarət alanlardan 20-si polis əməkdaşıdır.

Nümayişdə minlərlə adamın iştirak etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR