Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən baş redaktor məhkəmə zalından azadlığa buraxılıb

Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən baş redaktor məhkəmə zalından azadlığa buraxılıb
# 25 iyul 2018 13:04 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "İrəvan Press” qəzetinin hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən baş redaktoru Azər Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A. Abbasov barəsində şərti cəza seçilib və o, məhkəmə iclas zalından azadlığa buraxılıb.

Qeyd edək ki, A. Abbasov Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməliyyatı nəticəsində ötən ilin iyununda həbs olunub. O, 25 nəfər zərərçəkmiş şəxsdən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR