Azərbaycanda məşhur biznes mərkəzinin əmlakı girov qoyulub

Azərbaycanda məşhur biznes mərkəzinin əmlakı girov qoyulub
# 01 may 2018 07:26 (UTC +04:00)

Mayın 30-da “Çinar Park” ASC-nin Bakı şəhəri, Z.Bünyadov prospekti 1965-ci məhəllə ünvanında yerləşən binasında səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, yığıncaqda ASC “Xalq” Bankı ilə “Elektroterm” MMC arasında bağlanmış müvafiq kredit müqaviləsinin şərtlərində edilməsi nəzərdə tutulan dəyişikliklərlə əlaqədar olaraq həmin kredit müqaviləsinin təminatı qismində çıxış edən “Çinar Park” ASC-yə məxsus əmlak obyektinin ipoteka predmeti olduğu müvafiq sonrakı ipoteka müqaviləsində qanunvericiliyə uyğun lazımi dəyişikliklər edilərək ipotekanın əlavə dövlət qeydiyyatının həyata keçirilməsinə razılıq verilməsi məsələsinə baxılacaq.

Bundan başqa, “Çinar Park” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılması və bu iclasda veriləcək qərarların növbəti iclasın gündəliyində müzakirəyə çıxarılaraq təsdiqlənməsi məsələsi də müzakirə olunacaq.

Qeyd edək ki, Bakı şəhəri, Z.Bünyadov prospekti 1965-ci məhəllə ünvanında “Çinar Park” biznes mərkəzi fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR