Bakıda Qoşulmama Hərəkatı çərçivəsində konfransın yüksək səviyyəli məmurlar görüşü başlayıb

Bakıda Qoşulmama Hərəkatı çərçivəsində konfransın yüksək səviyyəli məmurlar görüşü başlayıb
# 03 aprel 2018 07:50 (UTC +04:00)

Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçiriləcək “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransının yüksək səviyyəli məmurlar görüşü başlayıb.

APA-nın xəbərinə görə, konfransa Venesuala xarici işlər nazirinin müavini Ruben Dario Molina rəhbərlik edir.

O, çıxışında bu hərəkatın insan hüquqları, sülh və təhlükəsizliyin təşviq edilməsi üçün toplaşma yeri olduğunu deyib.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev Qoşulmama hərəkatı ilə bağlı Bakı Bəyannaməsinin gündəliyində qlobal, regional, regionlararası, siyasi məsələlər, insan hüquqlarının inkişafı kimi məsələlərin müzakirə ediləcəyini bildirib. O, Azərbaycanın Qoşulmama hərəkatının prinsipləri ilə bağlı dəyərləri dəyərləndirdiyini və konstruktiv müqavilələri dəstəklədiyini deyib: “Yekun Bakı Bəyannaməsi həmrəylik və birlik prinsipləri əsasında qəbul ediləcək”.

Onun sözlərinə görə, Qoşulmama Hərəkatı regional, sosial məsələlərin, eləcə də qarşılıqlı maraq doğuran məsələlərin həllində mühüm rol oynayır: “Yekun layihə sənədləri həmrəylik, qarşılıqlı anlaşma və bərabərlik prinsiplərini özündə ehtiva edir. Qoşulmama Hərəkatı bir çox ölkəni narahat edən sosial və bir digər yönümlü məsələlərin həllinə öz töhfəsini verəcək”.

Qeyd edək ki, nazirlər səviyyəsində əsas tədbir 5-6 aprel tarixlərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR