SOCAR-ın vitse-prezidenti ABŞ-ın Bakıdakı sabiq səfiri ilə görüşüb

SOCAR-ın vitse-prezidenti ABŞ-ın Bakıdakı sabiq səfiri ilə görüşüb
# 20 oktyabr 2016 14:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Finlandiyanın "Lamor" şirkətinin İdarə Heyətinin üzvü və "Lamor Turkey" şirkətinin baş direktoru Metyu Brayzanı qəbul edib.


SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, görüşün məqsədi SOCAR və "Lamor" şirkəti arasında birgə əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübələrdən yararlanaraq, Azərbaycanda neft dağılmalarının qarşısının alınması və aradan qaldırılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsi olub.

R. Hüseynzadə SOCAR-ın indiyədək bu sahədə mühüm işlər gördüyünü və neft dağılmalarının qarşısının alınması istiqamətində təcili və təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Görüş zamanı SOCAR və "Lamor” arasında birgə əməkdaşlıq çərçivəsində gələcəkdə yarana biləcək digər ekoloji məsələlər də müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR