Azərbaycanda investisiyaların təşviqi mexanizmləri ilə bağlı yeni qaydalar hazırlanıb

Azərbaycanda investisiyaların təşviqi mexanizmləri ilə bağlı yeni qaydalar hazırlanıb
# 17 iyul 2018 12:42 (UTC +04:00)

Ən uyğun investor profillərinin seçilməsi məqsədilə 51 özəl, ianə, pensiya və dövlət investisiya fondu haqqında təqdimat hazırlanıb, onların investisiya maraqları və Azərbaycanla əməkdaşlıq imkanları müəyyən edilib.

"APA-Economics" xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin 2017-ci il üzrə illik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.

Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.

Sənəddə qeyd edilib ki, investisiyaların təşviqi mexanizmləri sahəsində beynəlxalq təcrübə öyrənilib və “İnvest in Azerbaijan” mexanizmlərinin tənzimlənməsi barədə qayda layihəsi hazırlanıb.

"50-yə yaxın xarici investorla əməkdaşlıqla bağlı danışıqlar aparılıb, investisiya layihələri investorlara təqdim olunub. Bəzi müəssisələrin uzun müddət özəlləşdirmə siyahısında qalmasının səbəbləri araşdırılıb. Müəssisələr məsləhətçi şirkətlər tərəfindən bazar prinsiplərinə uyğun qiymətləndirilərək, investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməyə çıxarılıb və bəzi müəssisələrin özəlləşdirilməsi baş tutub", - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR