Cəlilabadda avtomobil maneəyə çırpılıb, sürücü ölüb

Cəlilabadda avtomobil maneəyə çırpılıb, sürücü ölüb
# 09 may 2018 17:20 (UTC +04:00)

Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, rayonun Kazımabad kəndi ərazisində VAZ-2107 markalı minik avtomobili yoldan çıxaraq maneəyə çırpılıb.

Nəticədə sürücü İlqar Həsənov ağır xəsarətlər alıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR