Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorlarının Bakıda keçirilən ilk iclasının iştirakçılarına müraciət edib.
APA xəbər verir ki, Ərdoğanın müraciəti iclasda video formatında nümayiş etdirilib.
Türkiyə Prezidenti Baş Prokurorları ilk iclas münasibəti ilə təbrik edib, işlərində uğurlar arzu edib. O, müraciətində qarşılıqlı əlaqələri daha da gücləndirməyin tərəfdarı olduğunu bildirib.