Oman Sultanlığının xarici işlər naziri Seyid Bədr Əl-Busəidi Tehrana səfər edəcək.
APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai jurnalistlərə bildirib.
Bəqainin sözlərinə görə, Bədr Əl-Busəidinin səfəri sabaha planlaşdırılıb. Səfər çərçivəsində Oman xarici işlər nazirinin iranlı həmkarı Abbas Əraqçi ilə görüşərək, ikitərəfli və regional məsələlər ətrafında müzakirələr aparacağı gözlənilir.
Bəqai bildirib ki, səfər İran-Oman ikitərəfli əməkdaşlığının gücləndirilməsi, eləcə də Hörmüz boğazı üzrə siyasi məsləhətləşmələrin davam etdirilməsi və regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə vermək məqsədi daşıyır.