Bank Of Baku

Avropa İttifaqı Ukraynanın müdafiəsi üçün əlavə 6,1 milyard avro ayırıb

Avropa İttifaqı Ukraynanın müdafiəsi üçün əlavə 6,1 milyard avro ayırıb
# 24 avqust 2026 10:29 (UTC +04:00)

Avropa İttifaqı Ukraynaya 6,1 milyard avroluq hərbi dəstək vəsaiti elan edib.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında məlumat verilib.

Bildirilib ki, vəsait Hava Hücumundan Müdafiə sistemlərinə, raketlərə, radar və sursatlara sərf olunacaq.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen blokun Ukraynaya sarsılmaz dəstəyini vurğulayıb.

“Rusiya hücumlarını intensivləşdirdikcə, biz Ukraynaya öz xalqını və hava sahəsini qorumaq üçün səylərimizi artırırıq. Avropa Ukrayna ilə həmrəydir və Ukraynaya nə lazımdırsa, veriləcək”, - Aİ lideri qeyd edib.

Qeyd edək ki, bu ilin əvvəlində Avropa İttifaqı Ukraynaya 90 milyard avroluq hərbi dəstək vəsaiti ayırıb və bu məbləğ 2026-2027-ci illərdə Kiyevə hissə-hissə ödəniləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR