Pakistan səfirliyində bayraqqaldırma mərasimi keçirilib

Pakistan səfirliyində bayraqqaldırma mərasimi keçirilib
# 23 mart 2018 08:23 (UTC +04:00)

Pakistan İslam Respublikasının Milli Günü münasibətilə Pakistanın Azərbaycandakı səfirliyində bayraqqaldırma mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Pakistan səfiri Səid Xan Mohmand Pakistanın qurulmasının tarixçəsindən, eləcə də Pakistan-Azərbaycan əlaqələrindən söz açıb.

Səfir bildirib ki, Azərbaycan və Pakistan arasında sadəcə müdafiə sahəsində deyil, digər sahələrdə də bir çox razılaşmalar mövcuddur: “Son 2-3 il ərzində əlaqələrimiz addım-addım inkişaf edir. İki ölkə arasında ticarət və turizm sahəsində ikitərəfli münasibətlər, eləcə də ölkə liderləri səviyyəsində əlaqələr çox yaxşıdır. 2016-cı illə müqayisədə Pakistandan Azərbaycana gələn turistlərin sayı 300 nəfər artıb. Ümid edirəm ki, bu il iki ölkə arasında birbaşa uçuşlar təmin ediləcək və bu da ölkələrimizi daha da yaxınlaşdıracaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR