Məhkəmə 15 il əvvəl oğlunu öldürməkdə təqsirləndirilən şəxsin şikayətini təmin etməyib

Məhkəmə 15 il əvvəl oğlunu öldürməkdə təqsirləndirilən şəxsin şikayətini təmin etməyib
# 10 yanvar 2017 14:54 (UTC +04:00)

Sumqayıt Apellyasiya Məhkəməsində 15 il əvvəl gəlini ilə birlikdə oğlunu öldürməkdə təqsirləndirilən Həsrət Əliyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, iclasda qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsrət Əliyev 14 il, onun gəlini Yeganə Ərəbova 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən H. Əliyev apellyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Y. Ərəbova isə hökmdən apellyasiya şikayəti verməyib.

Quba rayon sakini, 1976-cı il təvəllüdlü Ərəbova Yeganə Mayıl qızı və onun qayınatası Həsrət Əliyev 2015-ci ildə tutulublar. İttihama görə, Həsrət Əliyev gəlini ilə birgə 2001-ci ildə oğlu Elman Əliyevi qətlə yetirərək, doğrayıblar və yaşadıqları evin həyətindəki ayaqyolu quyusuna atıblar.

H. Əliyevin 86 yaşı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR