ABŞ Aİ nümayəndəliyinin ali diplomatik statusunu qaytarıb

ABŞ Aİ nümayəndəliyinin ali diplomatik statusunu qaytarıb
# 04 mart 2019 19:58 (UTC +04:00)

ABŞ Avropa İttifaqının (Aİ) Vaşinqtondakı nümayəndəliyinin ali diplomatik statusunu qaytarıb.

ONA-nın “Alman dalğası” nəşrinə istinadən verdiyi məlumata görə, ABŞ Aİ-nin nümayəndəliyinin statusunu beynəlxalq təşkilat səviyyəsindən yenidən üzv-dövlətlərin nümayəndəliyi statusuna qaldırıb.

Aİ nümayəndəliyinin statusunun təcili bərpa edildiyini ABŞ-ın Aİ-dəki səfiri Qordon Sondland açıqlayıb. O qeyd edib ki, Aİ dünyada təhlükəsizliyin və rifahın təmin edilməsində ABŞ-ın Ən qiymətli tərəfdaşlarından biridir.

Vaşinqtonun bu qərarı Aİ və ABŞ arasında martın 6-da baş tutacaq Avropadan idxal olunan avtomobillərə yüksək vergilərin tətbiqi ilə bağlı müzakirələr ərəfəsinə təsadüf edib.

Qeyd edək ki, ABŞ-ın 2018-ci ilin sonlarında Brüsselə belə xəbərdarlıq etmədən Aİ-nin Vaşinqtondakı nümayəndəliyinin statusunu beynəlxalq təşkilat səviyyəsinə endirib. Aİ bunu etirazla qarşılayıb və nümayəndəliyinin statusunun bərpası ilə bağlı Vaşinqtonla danışıqlara başlayacağını bəyan edib.

Diplomatik protokola əsasən, beynəlxalq təşkilat statusu səfirlik statusundan aşağıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR