"Nikoil Bank" ilk yarımilliyi mənfəətlə başa vurub

"Nikoil Bank" ilk yarımilliyi mənfəətlə başa vurub
# 17 iyul 2017 10:50 (UTC +04:00)

"Nikoil Bank" QSC-nin aktivlərinin həcmi 2017-ci ilin II rübündə 413,21 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 20,91% azdır.


Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 28,18% azalaraq 287,097 mln. manat olub.

Hesabat dövrünün sonuna bankın depozit portfeli 234,472 mln. manata çatıb. Bankın öhdəliklərinin həcmi isə 23,27% azalaraq 371,324 mln. manat təşkil edib.

Bir il ərzində bankın nizamnamə kapitalı 5,3 dəfə artaraq 184,5 mln. manata çatıb. Cari ilin ilk yarısının sonuna bankın məcmu kapitalı 53 mln. 445,05 min manat təşkil edib ki, bu da tənzimləyicinin kapitala olan minimal tələbindən (50 mln. manat) 3 mln. 445,05 min manat çoxdur.


Bank birinci yarımilliyi 580,24 min manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR