Moskva ətrafında artistləri daşıyan avtobus aşıb, 16 nəfər xəsarət alıb

Moskva ətrafında artistləri daşıyan avtobus aşıb, 16 nəfər xəsarət alıb
# 29 iyul 2018 01:03 (UTC +04:00)

Moskva vilayətinin Domodedov rayonunda “A 107” magistral yolla hərəkət edən avtobus aşıb.

APA-nın Rusiya FHN-ə istinadən verdiyi xəbərə görə, hadisə ötən gün axşam "Belıye Stolbı" yaşayış məntəqəsinin yaxınlığında baş verib.

Məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus yolun kənarındakı xəndəyə aşıb.

“Moskva-İjevsk” marşrutu ilə hərəkət edən avtobusda 27 sərnişin və 2 sürücü olub.

Qəza nəticəsində 16 nəfər xəsarət alıb.

​Məlumata görə, avtobus xalq mahnı və rəqs ansamblının artistlərini aparırmış.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR