ABŞ-ın Portlend şəhərində Tramp əleyhinə aksiyada 71 nəfər saxlanılıb

ABŞ-ın Portlend şəhərində Tramp əleyhinə aksiyada 71 nəfər saxlanılıb
# 13 noyabr 2016 23:27 (UTC +04:00)

ABŞ-ın Portlend şəhərində (Oreqon ştatı) Donald Trampın prezident seçilməsinə qarşı keçirilən etiraz aksiyasında 71 nəfər saxlanılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 20 nəfərin saxlandığı bildirilirdi.

Məlumata əsasən, etirazların davam etməsi ilə əlaqədar şəhərdə komendant saatı elan edib. Bildirilir ki, məhdudiyyət yalnız yetkinlik yaşına çatmayanlar üçün şamil edilir.

ABŞ-ın bir çox şəhərində artıq Tramp əleyhdarlarının kütləvi etiraz aksiyaları davam edir. Nyu-York, Mayami, San-Fransisko, Atlanta, Filadelfiya və Portlend şəhərlərində aksiyalar iğtişaş və toqquşmalarla nəticələnib, yüzlərlə etirazçı saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR