Oğuzda yol qəzasında 6 nəfər xəsarət alıb - FOTO

Oğuzda yol qəzasında 6 nəfər xəsarət alıb - FOTO
# 02 dekabr 2019 12:47 (UTC +04:00)

Oğuz rayonunda yol qəzası baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Hyundai" və "Niva" markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Zaqatala rayon sakini, 1965-ci il təvəllüdlü Oruc Ramazan oğlu Məhərrəmov və Ağdam rayon sakini, 1961-ci il təvəllüdlü Eldar Ərşad oğlu Quliyevə yerində tibbi yardım göstərilib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Zaqatala rayon sakini, 1964-cü il təvəllüdlü İradə İspəndiyar qızı Məhərrəmova, Zaqatala rayon sakini, 1995-ci il təvəllüdlü Günel Oruc qızı Kazımova, Zaqatala rayon sakini, 1935-ci il təvəllüdlü Çiçək Məhərrəmova və Şəki rayon sakini, 1967-ci il təvəllüdlü Əsli Ərşad qızı Məmmədova Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda onların müayinəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR