SKMF Pirallahıda bir neçə müəssisənin yaradılmasını maliyyələşdirəcək

SKMF Pirallahıda bir neçə müəssisənin yaradılmasını maliyyələşdirəcək
# 06 noyabr 2017 09:14 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Pirallahı rayonunda işgüzar forum keçirib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Pirallahı rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- startap layihələrin maliyyələşdirilməsi;

- zeytunçuluq və badamçılıq təsərrüfatlarının yaradılması;

- corab istehsalı, plastik və polietilen qabların təkrar emalı müəssisələrinin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR