Komitə sədri: "Daşınmaz əmlakın qeydiyyatı proseduru daha da sadələşdirilməlidir"

Komitə sədri: "Daşınmaz əmlakın qeydiyyatı proseduru daha da sadələşdirilməlidir"
# 07 may 2018 10:15 (UTC +04:00)

"Müxtəlif profilli yerli və xarici investorların özəlləşdirmə prosesinə cəlb edilməsi məqsədilə özəlləşdirmədə yeni yanaşmaların tətbiqi genişləndirilməlidir".

"APA-Economics" xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən 2018-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirədə komitə sədri Kərəm Həsənov deyib. Komitə sədri bildirib ki, daşınmaz əmlakın qeydiyyatı tam elektronlaşdırılmalı, prosedurlar daha da sadələşdirilməlidir.

"Eyni zamanda torpaqların idarə edilməsində Peyk Nəzarət Sistemindən istifadə edilməsi təmin edilməli, torpaqların elektron uçotunun yekunlaşdığı rayonlar üzrə torpaq idarəçiliyi təhlil olunmalı və yeni yanaşmalara dair təkliflər hazırlanmalıdır", - deyə K.Həsənov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR