Nigeriyada qaçqın düşərgəsində terror aktı törədilib, ölənlər və yaralananlar var

Nigeriyada qaçqın düşərgəsində terror aktı törədilib, ölənlər və yaralananlar var
# 01 fevral 2018 08:45 (UTC +04:00)

Nigeriyada qaçqın düşərgəsində terror aktı törədilib.

APA-nın yerli “Nation” nəşrinə istinadən verdiyi xəbərə görə, hadisə Dalori şəhərində salınmış qaçqın düşərgəsində olub.

Terror nəticəsində 5 nəfər ölüb, 39 nəfər yaralanıb. Terrorçulardan biri partlayışı törətdikdən sonra özünü öldürüb.

Terror aktının “Boko Haram” terror qruplaşması tərəfindən törədildiyi ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR