Əfqanıstanın Cəlalabad şəhərində (Nanqarxar əyaləti) terrorçu-kamikadze özünü inzibati binanın qarşısında partladıb.
APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 9 nəfər ölüb, 36 nəfər yaralanıb.
Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.