Hindistan-Pakistan sərhədində atışma nəticəsində 4 hindistanlı hərbçi ölüb

Hindistan-Pakistan sərhədində atışma nəticəsində 4 hindistanlı hərbçi ölüb
# 05 fevral 2018 01:08 (UTC +04:00)

Hindistan-Pakistan sərhədində atışma baş verib.

APA-nın məlumatına görə, bu barədə “Sinxua” agentliyi Hindistandakı rəsmi mənbələrə istinadən xəbər verib.

İnsident Kəşmir ştatındakı nəzarət zolağında baş verib. Atışma zamanı 4 hindistanlı hərbçi həlak olub, biri yaralanıb. Rəsmi İslamabad insidentlə bağlı məlumatları hələ ki, şərh etməyib.

Tərəflər adətən atəşkəsin pozulmasında bir-birilərini ittiham edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR