“MiQ” şirkətinin aparıcı konstruktoru intihara cəhd edib

“MiQ” şirkətinin aparıcı konstruktoru intihara cəhd edib
# 29 noyabr 2017 21:29 (UTC +04:00)

Rusiyanın “MiQ” Təyyarəqayırma Şirkətinin aparıcı konstruktoru intihara cəhd edib.

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin yaydığı açıqlamada bildirilir.

Şirkətin yüksək rütbəli əməkdaşının xəstəxanaya yerləşdirildiyi bildirilir.

Məlumata görə, aparıcı konstruktorun həmkarları vaxtında intihara cəhdin qarşısını alaraq təcili tibbi yardım çağırıblar. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

Qeyd edək ki, intihara cəhd edən şəxsin adı açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR