Azərbaycanın İranla ticarət dövriyyəsinin mənfi saldosu 12%-ə yaxın artıb

Azərbaycanın İranla ticarət dövriyyəsinin mənfi saldosu 12%-ə yaxın artıb
# 18 dekabr 2019 17:30 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın İran ilə apardığı ticarət mübadiləsinin həcmi 452 624,41 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 57 536,43 min dollar və ya 14,6% artıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk on bir ayında Azərbaycandan İrana ixracın həcmi 33 284,93 min dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 8 739,7 min dollar və ya 35,61% çoxdur. İdxalın həcmi isə 419 339,48 min dollara bərabər olub ki, bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə 48 796,73 min dollar və ya 13,7% artıb.

Nəticədə, hesabat dövründə 386 054,55 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 40 057,03 min dollar və ya 11,6% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR