BANM tələbənin intihar etməsi ilə bağlı məlumat yayıb

BANM tələbənin intihar etməsi ilə bağlı məlumat yayıb
# 11 oktyabr 2016 11:40 (UTC +04:00)

Bakı-APA. “Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Abbasov Hüseyn Maarif oğlu tələbə yataqxanasının 11-ci mərtəbəsindən düşərək vəfat edib”.

Bu barədə APA-ya BANM-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova bildirib. Z. Kazımova deyib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

“İstintaq getdiyindən hadisənin səbəbləri barədə məlumat verilmir. Məlumata görə, o, son vaxtlar özünə qapanıb, son bir ayda dərslərdə iştirak etmyib, BANM-in müvafiq qurumları bununla bağlı tələbənin valideynlərini məlumatlandırıb” – deyə, Z. Kazımova qeyd edib.

BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri baş vermiş hadisə ilə bağlı tələbənin ailəsinə və yaxınlarına başsağlığı verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR