“Azərbaycan Dəmir Yolları”na məxsus müəssisə MİDA-nın keçirdiyi tenderin qalibi olub

“Azərbaycan Dəmir Yolları”na məxsus müəssisə MİDA-nın keçirdiyi tenderin qalibi olub
# 08 fevral 2018 07:17 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC tərəfindən keçirilən tenderin qalibi müəyyənləşib.

APA-Economics” xəbər verir ki, MİDA tərəfindən Bakı şəhəri, Yasamal rayonu Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi, 15,4 hektar torpaq sahəsində) çoxmənzilli yaşayış massivinin tikintisi üçün ərazinin təmizlənməsi, doldurulması, kipləşdirilməsi, hamarlanması və tikintiyə hazırlanması işlərinin satınalınması üzrə keçirilmiş açıq tenderin nəticələrinə əsasən “11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC qalib müəyyən edilib və müvafiq satınalma müqaviləsi bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR