“Hazırda Azərbaycanla Qazaxıstan arasında münasibətlər yüksək səviyyəli və qarşılıqlı faydalı əməkdaşlıqla xarakterizə olunur”.
APA-nın məlumatına görə, bunu bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasından sonra jurnalistlərə açıqlamasında Qazaxıstan Xarici İşlər naziri Muxtar Tleuberdi deyib.
Nazir qeyd edib ki, Qazaxıstanın birinci Prezident Nursultan Nazarbayev və Azərbaycanın sabiq Prezidenti Heydər Əliyev tərəfindən əsası qoyulmuş əməkdaşlıq xətti bu gün davam etdirilir: “Bu əməkdaşlıq iki ölkənin dövlət və hökumət başçıları arasında yüksək səviyyəli siyasi dialoqa əsaslanır. Eyni zamanda iki ölkənin parlamentləri arasında əməkdaşlıq yüksək səviyyədə qurulub. İki ölkə arasında ticarət və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi qarşımızda dayanan əsas məsələlərdən biridir. İki ölkə arasında ticarət əlaqələri, eyni zamanda qarşılıqlı investisiyaların həcmi artır. Biz eyni zamanda tranzit potensialımızdan çox gözəl istifadə edirik. Çünki Qazaxıstan və Azərbaycan Avropa ilə Asiya, Avropa və Şərq arasında birləşdirici bir körpü rolunu oynayır”.
Nazir: “Qazaxıstan və Azərbaycan Avropa ilə Asiya arasında birləşdirici körpü rolunu oynayır”
06 fevral 2020 13:29 (UTC +04:00)
Xarici siyasət
Azərbaycan QHT-ləri 26 ABŞ konqresmeninə açıq məktub ünvanlayıb - FOTO
10:05
3 iyun 2024
Prezidentin köməkçisi Türkiyə və Özbəkistandan olan həmkarları ilə görüşüb - FOTO
19:32
2 iyun 2024
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə neokolonializm və kolonializmlə mübarizəyə dair qrant layihəsinin icrasına başlanılıb
11:26
2 iyun 2024
Almatıda TDT-nin Şuşa Sammitinin gündəliyi müzakirə olunub
16:27
1 iyun 2024