Lənkəran sakini dəm qazından boğularaq ölüb

Lənkəran sakini dəm qazından boğularaq ölüb
# 20 noyabr 2017 15:20 (UTC +04:00)

Lənkəran sakini dəm qazından boğularaq ölüb.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə Lənkəran şəhərində baş verib.

1976-cı il təvəllüdlü Elnur Sabir oğlu Məhərrəmov evdə huşsuz vəziyyətdə aşkar edilib. Tibbi Yardım Stansiyasının əməkdaşları hadisə yerinə gələnədək E. Məhərrəmov keçinib.

E. Məhərrəmov hadisə baş verən mənzildə kirayədə yaşayırmış.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR