Texasda daşqınlar zamanı ölənlərin sayı 30-a çatıb

Texasda daşqınlar zamanı ölənlərin sayı 30-a çatıb
# 30 avqust 2017 05:20 (UTC +04:00)

ABŞ-ın Texas ştatında daşqınlar zamanı ölənlərin sayı 30-a çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “New York Times” nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, söhbət səkkiz gündür tüğyan edən “Xarvi” daşqınının qurbanlarının ümumi sayından gedir.

Ştatın baş məhkəmə-tibbi eksperti Erin Barnxart ölənlərin sayının xeyli artacağını istisna etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR