Tramp: “Rusiya ilə əlaqə təhqiqatını bitirməyin vaxtıdır”

Tramp: “Rusiya ilə əlaqə təhqiqatını bitirməyin vaxtıdır”
# 16 oktyabr 2017 21:04 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp onun Rusiya ilə əlaqəsinə dair ehtimalları yenidən təkzib edib.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, Tramp bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.

“Rusiya ilə heç bir sövdələşmə olmayıb. Bunlar hamısı seçkilərdə məğlub olan demokratların özlərinə bəraət qazandırmaq cəhdləri idi”, deyə D.Tramp vurğulayıb.

Qeyd edək ki, ABŞ xüsusi prokuroru Robert Müller Rusiyanın ABŞ-da prezident seçkilərinə müdaxiləsi ilə bağlı Ağ Evin əməkdaşlarını dindirməyə başlayıb. Xatırladaq ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Ədliyyə Nazirliyi tərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR