Neftçala bələdiyyəsinin sədri: “Xəzərdə itkin düşən balıqçılar qayığın akkumulyatorunu təmir edərək sahilə çıxıblar”

Neftçala bələdiyyəsinin sədri: “Xəzərdə itkin düşən balıqçılar qayığın akkumulyatorunu təmir edərək sahilə çıxıblar”
# 20 avqust 2015 14:45 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Avqustun 10-da balıq ovu üçün Pirallahıdan Xəzər dənizinə çıxmış Neftçala rayon sakini olan balıqçılar avqustun 10-da gecə evlərinə qayıdıblar.

Bu barədə APA-ya Neftçala bələdiyyəsinin sədri Aydın Aslanov məlumat verib.

A. Aslanov deyib ki, motorlu qayığın akkumulyatoru sıradan çıxdığı üçün 4 balıqçı 9 gün açıq dənizdə qalıb: “Xəzərdə itkin düşən balıqçılar 9 gün sonra başqa bir balıqçı gəmisindəki balıqçıların yardımı ilə akkumulyatoru təmir edərək sahilə çıxıblar”.

A. Aslanov 9 gün ərzində balıqçıların ehtiyat üçün götürdükləri ərzaq və su ilə qidalandıqlarını da söyləyib: “Balıqçılar həmişə pis günlərini fikirləşdikləri üçün ehtiyat azuqə götürürlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR