Yeni Zelandiya yaxınlığında 5,8 bal gücündə zəlzələ baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Lesperans adasından 281 km cənub-qərbdə, ocağı 10 km dərinlikdə yerləşib.
Zərərçəkənlər barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.